Almaniyada son bir gün ərzində koronavirusa yoluxanların sayı 349 nəfər artıb.

Unikal.org xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun informasiyasına əsasən, ölkədə koronavirus 182 764 insanda aşkarlanıb, ölüm hallarının sayı 8 581 təşkil edir.

Qeyd edilir ki, ötən gün ərzində təhlükəli virusdan 30 pasiyent ölüb.

Ölkədə koronavirusa yoluxmuş 167 mindən çox insan sağalıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 47 209 nəfərdə təhlükəli virus aşkarlanıb. Şimal Reyn-Vestfaliyada bu rəqəm 38 297, Baden-Vürtemberqdə 34 830 təşkil edir. Berlində COVID-19-a 901 yoluxma qeydə alınıb.