Moldova hökuməti iyunun 15-dən etibarən müntəzəm sərnişin və çarter aviareyslərin bərpasına icazə verib.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə respublikanın Mülki Aviasiya Təşkilatının mətbuat xidməti məlumat yayıb.

Bu zaman infeksiya ilə mübarizə və profilaktika tədbirlərinə ciddi riayət ediləcək, sərnişinlərin temperaturu yoxlanacaq.

Qeyd edək ki, Moldova mayın 26-dan etibarən koronavirus pandemiyasına görə müvəqqəti olaraq dayandırılmış beynəlxalq avtobus və dəmiryol nəqliyyatı daşımalarını da bərpa edib.