"Koronavirus pandemiyasının yarısını xəstəlik, digər yarısını siyasət təşkil edir."

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən əvvəlki kimi bir prinsipi qoruyuram. Xəstəlik bu pandemiyanın yarısını təşkil edir. Yerdə qalanı isə siyasətdir. Siz buna tezliklə əmin olacaqsınız”, – deyə o bildirib.