Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Sabirabad rayonunun Kovlar kəndində traktorun qoşqusuna yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.