Bakıda xətt avtobusunda 15 yaşlı şəxsin telefonunu oğurlanıb. 

Unikal.org xəbər erir ki,  iyunun 3-də saat 18 radələrində Moskva prospektində 199 saylı xətt avtobusunda naməlum şəxs Abşeron rayon sakini, 2005-ci il təvəllüdlü A. Bayramlının çantasından 300 manat mobil telefonu soyğunçuluq yolu ilə talayıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi,  rayon Mühafizə Bölməsinin, Səbail rayon Mühahizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Vüqar Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.