İndoneziyanın Qərbi Nusa Tenggara əyalətində 6 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, İndoneziyanın Meteoroloji İqlim və Geofizika Təşkilatı (BMKG), vilayətin şimalındakı Saringi adasından 132 kilometr şimal-qərbdə olan zəlzələnin yerin 664 kilometr altında olduğunu qeyd edib.  

Bölgə ətrafındakı Bali və Lombok adalarında hiss edilən zəlzələdə həyat və mal itkisi olub-olmaması barədə məlumat verilməyib.