ABŞ-ın keçmiş Müdafiə Naziri Cim Mattis Donald Trampı cəmiyyəti bölməklə ittiham edən yazılı açıqlama edib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, keçmiş nazir Tramp olmadan birlik yarada biləcəklərini bildirib. ABŞ Prezidenti isə öz növbəsində keçmiş nazirə çox sərt cavab verib:

"Düşünürəm ki, mənim Barak Obama ilə tək ortaq nöqtəm dünyanın ən şişirdilmiş generalı olan Cim Mattisi qovmağım olub. Onun ləqəbini dəyişidirib "quduz it" qoymuşdum. Cin Mattisə yeni həyat, yeni işlər verdim, amma o, nadir hallarda uğur qazana bildi."