Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.

“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, - N.Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, son sutkada Ermənistanda COVID-19-dan daha 9 nəfər ölüb.