Hindistanda intihar hadisəsi baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı hindistanlı televiziya aparıcısı Çandana, sevgilisinin evlənmək istəmədiyini öyrənincə intihar edib.  İntihar etməmişdən əvvəl videosunu paylaşaraq sevgilisinə “Sən ölsəydin, daha yaxşı olacağam, bax ölürəm” deyə müraciət edib. 

Belə ki, Çandananın ailəsi videonu gördükdən sonra qızlarının qonşuları ilə əlaqə quraraq vəziyyətini yoxlamağı xahiş edib.  Təcili xəstəxanaya yerləşdirilən Çandana həkimlərin səylərinə baxmayaraq xilas ola bilməyib. 

Mətbuata açıqlama verən, Çandananın atası gənclərin təxminən 5 ildir birlikdə olduqlarını, Dineş adlı gəncin qızı ilə  evlənəcəyini və hər iki ailənin münasibətlərini bildiklərini söyləyib. 

Ancaq son aylarda Dineş Çandana ilə görüşməkdən çəkinməyə başlayıb və onunla evlənməyəcəyini söyləyib,  ailəsi gənc qıza, Dineşin başqa biriylə evlənəcəyini bildirib.

Hadisədən sonra polis Dineşə və ailəsinə qarşı “intihar təşəbbüsü” iddiası qaldırıb və barələrində cinayət işi açılıb.