Braziliyada koronavirusa yoluxanların sayı 584 mini keçib, 32 548 nəfər isə bu virusdan dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin son məlumatına görə, ölkədə indiyədək 584 016 nəfərə COVID-19 diaqnozu qoyulub. Təkcə son sutka ərzində yoluxanların sayı 28 633 nəfər təşkil edib.

Son sutkada rekord həddə ölüm faktı qeydə alınıb. Belə ki, ölkədə ötən gün 1 349 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin ümumi sayı 32 548 nəfərə çatıb. Braziliyada sağalanlar isə 238 min nəfərdən çoxdur.