Corc Floydun ölümündən sonra ABŞ Prezidenti Donald Trampı hədələyən məşhur haker qrupu Anonymous, bu dəfə Kral ailəsinin Ledi Diananı öldürdüyünü iddia edib. 

Unikal.org xəbər verir ki, Anonymous adlı haker qrupu Ledi Diananın ölümünün səbəbləri ilə bağlı sənədlər yayımlayıb.  Qrup sənədlərində 31 avqust 1997-ci ildə yol qəzasında ölən Diananın Britaniya Kral Ailəsi tərəfindən çox sayda şəxsi məlumatı olduğu üçün öldürüldüyünü və bunun qəza olmadığını iddia edib. 

Belə ki, Haker qrupu, Ledi Diananın Şahzadə Filipin insan alveri etdiyini, qayınanası Şahzadə Endryunun cinsi istismarı və təcavüz etdiyini, əri şahzadə Çarlzın bir kral işçisini lentə alaraq, Sarayda seyfdə gizlətməyi kimi bəzi məlumatları bildiyini və bunları lent yazısına qeyd etdiyini bildirib. 

Bu iddialara görə, Diananın öldürüldükdən sonra bu lent onun köməkçisi Burrelleyə keçib.  Diananın bacısı Ledi Sarah Burrel ilə lentə qulaq asdıqdan sonra yenidən onu gizlətməli olublar. 

Kral ailəsi Burrellədən lent yazısının yerini soruşsada Burrell, lentin harada olduğunu bilmədiyini söyləyib. Lakin Diananın bacısı lent yazısında  təcavüz və insan alveri ilə bağlı məlumatların olduğunu gizlətməyib.  

Daha sonra tapılan 30 dəqiqəlik lentdə şahzadə Çarlzın yaxın bir şəxsin həm Misirdə, həm də İngiltərədəki saraylarda işləyənlərə təcavüz etdiyi təsdiqlənib. Parlament üzvü Norman Baker, şahzadə Çarlz və başqalarının lent yazısından sonra bu hekayəni aydınlaşdırmalı olduğunu söyləyib.

Qeyd edək ki, illər əvvəl Ledi Diananı  canlı olaraq verdiyi bir reportajda, həyat yoldaşının onu öldürmək üçün bir qəza planlaşdırdığını söyləyən Kral Ailəsi, sonradan deyilənləri təkzib edib.  

Bildirək ki, Anonim haker qrupu,  ABŞ prezidenti  Donald Trampı və Jeffrey Epstein adlı şəxsi  13 yaşındakı bir uşağa təcavüz etdiyi üçün mühakimə olunduğu iddia ilə əlaqədar rəsmi sənədləri paylaşacağını bildirib.  

Lakin, bu mühakimədə Jeffrey Epsteina həbs edilib. Pedofiliyasına görə həbs edildikdən sonra həbsxanada intihar etməkdə şübhəli bilinən Jeffrey Epsteina aid olduğu iddia edilən “kiçik qara kitab” adlı bir növ kitab nəşr edilib.  

Bu ABŞ prezidenti Donald Trampa aid olduğunu və o, mühakimədə Jeffreyin günahsız həbsə saldığını və intihar edən şəxsin qətl hadisəsini şəxsən özü Trampın təşkil etdiyi kimi qeydlərin olduğu bildirilib.