İspaniya iyulun 1-dən etibarən turistləri qəbul edə bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bunu İspaniyanın nəqliyyat naziri Xose Luis Abalo deyib.

Nazir bildirib ki, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması templəri turizmin iyulun 1-də və hətta daha tez bərpa oluna biləcəyinə əsas verir.

Onun sözlərinə görə, hazırda İspaniya hökuməti koronavirus pandemiyasının yayılması baxımından təhlükəsizlik marşrutlarının yaradılması üzərində işləyir.

Qeyd edək ki, İspaniya koronavirus pandemiyasından ən çox zərər çəkmiş ölkələrdəndir. Bu günədək ölkədə 287 mindən çox şəxs koronavirusa yoluxub, 27 128 nəfər ölüb.