ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra Donald Trampla bağlı müxtəlif iddialar ortaya atılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən günlərdə onun etiraz aksiyalarının genişlənməsindən sonra sığınacağa getdiyi ilə bağlı məlumatlar yayılmışdı. Tramp isə bu iddialara belə cavab verib:

"Mən sığınacağa yoxlama məqsədilə getdim. Çox az bir müddət orada qaldım. İnformasiyanı yalnış ötürürlər."