Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə alan 1973-cü il təvəllüdlü Cavadov Fuad Cavad oğlu naməlum səbəbdən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.