İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 59  nəfər vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 8071 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 3574  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 164270 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 127485 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2569 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.