“Cənab Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə dəfə qətiyyətli çıxış edib. Xarici ölkələrdə keçirilən tədbirlərdə, Münhen Təhlükəsizlik Konfransındakı çıxışında cənab İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir”.

Bu barədə Unikal.org-a millət vəkili Nurlan Həsənov deyib ki, Prezident İlham Əliyevin arqumentli çıxışları Ermənistan tərəfinin saxtakarlığını bir daha sübut edir: 
“Prezidentin “Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi ölkəmizin mövqeyini daha dəqiq ortaya qoydu. Eyni zamanda, Prezident bildirdi ki, biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bununla da cənab prezident İrəvan məsələsinə toxunur. O, ərazilər tarixi Azərbaycan torpaqları olub. Həmin ərazidə erməni dövləti qurulub. Azərbaycan torpaqlarının adlarının dəyişdirilməsi ilə bağlı erməni tərəfi iş görür. Qarabağ problemini beynəlxalq ictimaiyyətə daha effektiv formada çatdırmalıyıq”.

Famil Fərhadoğlu