Türkiyənin Kadıköy ərazisində qətl hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, Özbəkistan vətəndaşı olan şəxs mübahisə etdiyi həyat yoldaşını boğaraq onu öldürüb. 

Belə ki, daha sonra polisə təslim olan özbək vətəndaşı olan T.M. adlı şəxs  polis qrupları gələnə qədər cəsədin başında gözləyib. 

Şübhəli KadıköyTəhlükəsizlik Müdirliyi Patrul Komandası tərəfindən tutularaq bölməyə aparılıb. 

Faktla bağlı araşdırma aparılır.