Prezident İlham Əliyev “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sənədi imzalayıb.

Unikal.org xəbər verir ki, ölkə başçısının yenilənən Fərmanında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389; 2016, № 11, maddə 1803; 2017, № 4, maddə 546; 2019, № 5, maddə 816) ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə “müvafiq yerli icra hakimiyyəti orqanı” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

2. 2.3-cü bənddə “müvafiq yerli icra hakimiyyəti orqanı” sözləri “tikinti barədə məlumatlandırılan orqan (qurum)” sözləri ilə əvəz edilsin;

3. 2.20-ci bəndin ikinci cümləsində “müvafiq yerli icra hakimiyyəti və yerli polis orqanlarına” sözləri “tikintiyə icazə verən orqana (quruma) və yerli polis orqanlarına, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə, habelə tikintisinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin icazə verdiyi tikinti obyektlərinə münasibətdə isə həmçinin müvafiq yerli icra hakimiyyəti orqanlarına” sözləri ilə əvəz edilsin;

4. 2.21-ci bəndin ikinci cümləsində “müvafiq yerli icra hakimiyyəti orqanına” sözləri “istismara icazə verən orqana (quruma)” sözləri ilə əvəz edilsin."