Dünyanın ən yüksək məvacib alan məşhurlarının siyahısına bu il 590 milyon ABŞ dolları alan amerikalı model, media siması Kayli Cenner başçılıq edir.

Unikal.org  “Forbes”ə istinadən xəbər verir ki, ikinci yeri 170 milyon ABŞ dolları ilə amerikalı müğənni və bəstəkar Kanie Uest, üçüncü yeri 106,3 milyon dollarla isveçrəli tennisçi Rocer Federer tutur.

Sonrakı sıralarda 105 milyon ABŞ dolları ilə braziliyalı Kristiano Ronaldo və 104 milyon ABŞ dolları ilə argentinalı Lionel Messi kimi futbolçular yer alıb. Onların ardınca 97 milyon ABŞ dolları ilə amerikalı aktyor Tayler Perri, 95 milyonla braziliyalı futbolçu Neymar, 90 milyonla radio aparıcısı Hovard Stern, 88,2 milyonla NBA ulduzu LeBron James, 87,5 milyonla aktyor Duayn Conson gəlir.

Bütövlükdə siyahıdakılar 6,1 milyard ABŞ dolları qazanıblar. Bu da ötən ilin müvafiq dövrünün bənzər rəqəmindən 200 milyon ABŞ dolları azdır.