Vaşinqton meri Myuriel Bouzer ABŞ-ın digər bölgələrindən gələn Milli Qvardiya kontingentinin şəhərdən çəkilməsini tələb edib.

Unikal.org xəbər verir ki, mer mətbuat konfransında paytaxta gətirilən hərbçilərin şəhərdən çıxarılması istəyində olduğunu bildirib.  Onun sözlərinə görə, Vaşinqton hakimiyyəti şəhərdə ictimai qaydanı təmin etmək üçün əlavə qüvvələr tələb etməyib. O, əlavə edib ki, başqa bölgələrdən əlavə hərbi kontingentin gətirilməsi barədə qərarın Federal hakimiyyət tərəfindən deyil, məhz şəhər səviyyəsində verildiyini söyləyib.

Xatırladaq ki, mayın 25-də afrroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi kütləvi iğtişaşlara səbəb olmuşdu. ABŞ rəhbərliyi Milli Qvardiya qüvvələrinin etiraz aksiyalarının yatırılmasına cəlb edilməsi haqda göstəriş vermişdi.