Hindistanda son gün ərzində 9 851 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiyaya yoluxanların sayı 226 770-ə çatıb. Onlardan 109 462-si müalicə olunaraq sağalıb. Eyni zamanda son 24 saat ərzində 273 nəfər "Covid-19" səbəbindən dünyasını dəyişib.

Beləliklə, Hindistanda pandemiya qurbanlarının sayı 6 348-ə yüksəlib.