Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 

Unikal.org-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın Əcəmi Naxçıvani küçəsində yerləşən 18 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb. 

Yanğının səbəbi 7-8 yaşlı uşaq olub. Belə ki, valideyn mağazaya düşdüyü üçün azyaşlı mənzildə tək qalıb. Nəticədə uşaq alışqanla yaşadığı mənzilin pərdəsini yandırıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. 

***

18 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verən yanğının  FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb. 

Müxbir: Murad İbrahimli

FOTO: Müzəffər İsmayılov