ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsi digər ölkələrdə də etirazlara səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Meksikanın Calisko ştatında oxşar hadisə ilə bağlı etiraz aksiyası keçirilib. Belə ki, sözü gedən ölkədə Giovanni Lopes adlı gənc maska taxmadığı üçün polis tərəfindən öldürülüb. 

Aksiya çərçivəsində etirazçılar hökümət binalarına hücum olunub. İki polis avtomobili isə yandırılıb.