Hazırda Böyük Britaniyanın ən məşhur futbol klubu "Liverpul"dur.

Unikal.org xəbər verir ki, “YouGov-FootballIndex” bildirib ki, futbolla maraqlanan britaniyalıların 8,3%-i Çempionlar Liqasının hazırkı qalibini dəstəkləyirlər. Reytinqdə ikinci yerdə "Mançester Yunayted" qərarlaşıb. Britaniyanın futbol azarkeşlərinin 6%-i bu komandanı seçib.

Təxminən 3,1% azarkeş London "Çelsi"sini dəstəkləyir. İngiltərə Premyer Liqasının hazırkı çempionu "Mançester Siti" "Arsenal"la (2%) 4-5-ci yerləri bölüşürlər.

Böyük Britaniyanın 10 ən məşhur komandasının siyahısında həmçinin "Tottenhem Hotspur", "Vulverhempton Uonderers", "Nyukasl Yunayted", Liverpul "Everton"u və Birminhem "Aston Villa"sı yer alıblar.