Portuqaliya çempionatının 25-ci turunda doğma meydanda “Tondela”ya qalib gələ bilmədiyi üçün “Benfika” azarkeşlərinin komandanın avtobusuna hücum etdiyini xəbər vermişdik.

Unikal.org xəbər verir ki, sözügedən klubun fanatları bununla da kifayətlənməyiblər. Belə ki, onlar bu hadisədən bir neçə saat sonra futbolçuların evlərini də hədəf alıblar.

Fanatlar sprey boyalarla oyunçuların evlərinin divarlarına müxtəlif təhqir dolu sözlər yazıblar. Xüsusən də Portuqaliya millisinin futbolçusu Pizziyə məxsus mənzilə ciddi ziyan dəyib. Baş məşqçi Bruno Laqenin də evinin divarlarına təhdid dolu mesajlar yazılıb.

Qeyd edək ki, azarkeşlərin avtobusa hücumu nəticəsində şüşə qırıntıları yarımmüdafiəçi Yulian Vayql və vinger Andriya Jivkoviçin üzünü zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar.

Portuqaliya Premyerası iyunun 3-də start götürüb. Mövsümün bitiminə 9 tur qalmış “Benfika” və “Portu” hərəyə 60 xalla liderdi.