Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Bərdə rayonunun Nazırlı kəndi ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun batması barədə məlumat daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.