Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası ilə əlaqədar hər kəsə maskadan istifadə etməyi tövsiyə edir.

Unikal.org-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda, mağazalarda və insanların çox olduğu məkanlarda maskalardan istifadə etmək vacibdir.

Qeyd edək ki, bir çox ölkədə ictimai yerlərdə maska ​​taxmaq məcburidir.