Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospekti 94 ünvanındakı 14 mərtəbəli binanın zirzəmisində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.