ABŞ-ın Corciya ştatının şimalında kiçik təyyarə qəzaya uğrayıb, azı beş nəfər, o cümlədən iki uşaq ölüb.

Unikal.org xəbər verir ki, bu barədə yerli polisə istinadla “Fox” televiziyası məlumat verib.

Məlumata görə, göyərtədə bir pilot və cənazə mərasimi üçün Florida-dan İndianaya uçan dörd ailə üzvü olub. Onların heç biri sağ qalmayıb.ABŞ Federal Aviasiya Administrasiyasının bildirdiyinə görə, təyyarə qasırğaya düşüb. Hadisənin digər təfərrüatları açıqlanmır.