Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.