Türkiyənin Ərzincan vilayətində yol qəzası baş verib, 19 nəfər yaralanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  Ərzincanın Refahiye rayonunun Yazı kəndində İzmir-Ərzincan marşrutu ilə hərəkət edən avtobus aşıb. 

Hadisə zamanı yaralanan 19 nəfər xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma başlanıb.