ABŞ-ın Redlands şəhərində (Kaliforniya ştatı) birmühərrikli təyyarə dağa çırpılıb.

Unikal.org xarici mətbuata  istinadən xəbər verir ki,  təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

İnsidentin təfərrüatları və qəzanın səbəbi barədə məlumat verilmir.

Qeyd edilir ki, qəza barədə ABŞ Mülki Aviasiya Federal İdarəsinə və Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şuraya məlumat verilib.