İtaliyada son sutka ərzində 270 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 234 801 nəfərdir. Son sutkada pandemiya qurbanlarının sayı 72 nəfər artaraq 33 846-ya çatıb.