Qırğızıstanda koronavirusa yoluxanların sayı 2007 nəfər olub.

Unikal.org xəbər verir ki, bu barədə bu gün ölkənin Koronavirusla Mübarizə Komitəsi məlumat yayıb.

Rəsmi məlumata görə, Qırğızıstanda son sutka ərzində daha 33 nəfərdə koronavirus aşkar edilib. Onlardan 26-sı ölkə daxilində virusa yoluxub, 1-i xaricdən gəlib, yerdə qalan insanların infeksiyaya necə yoluxduğu hələ bəlli deyil.

Bununla da ölkədə ümumiliklə, 2007 nəfərin koronavirusa yoluxduğu məlum olur. Onlardan 395-i tibb işçisidir. İndiyə kimi virus səbəbi ilə 22 nəfər ölüb.