Epidemiya səbəbiylə mövsümü erkən bitirən “Çukur” serialından flaş ayrılma xəbəri gəlib. 

Unikal.org xəbər verir ki, yeni mövsümdə “Selim Koçovalı” obrazını canlandıran Öner Erkanın serialı tərk edəcəyi öyrənilib. 

Qeyd edək ki, serialda 3 mövsüm baş rolda oynayan və “Selim Koçovalı”xarakterini canlandıran Öner Erkanın “Çukur”la vida edəcəyinə dair iddialar səslənib. Lakin, istehsal şirkətinin bu mövzuda rəsmi açıqlaması olmasa da, Səlim Koçovalı yeni nəşr olunan hissədə öləcək və Öner Erkan layihəni tərk edəcək.