Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi və becərilməsi ilə məşğul olan  2 nəfər saxlanılıb.

Unikal.org xəbər verir ki, Hacıqabul rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunan Şirvan sakini, 1980-ci il təvəllüdlü Zülfüqarov Səbuhi Tofiq oğlu polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilən zaman ondan sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, narkotik tərkibli psixotrop maddə olan metamfetamini ona Şirvan sakini, 1981-ci il təvəllüdlü Səfərov Əliyusif Mehman oğlu 110 manata satıb. Sonuncunun yaşadığı Şirvan şəhəri, Nizami küçəsi, ev 49 ünvanına baxış zamanı oradan 2 ədəd sellofan bükümdə 12,185 qram metamfetamin, 19,155 qram narkotik vasitə olan tiryək, 2 bükümdə qurudulmuş marixuana, 1 ədəd kibrit qutusunda çətənə (kannabis) bitkisinin toxumları, 5 ədəd boya qablarında aqrotexniki qaydada qulluq olunan əkib-becərilməsi qadağan edilən 22 ədəd narkotik tərkibli çətənə bitkisi və 1 ədəd üzərində metafetamin izi olan elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.