Bakının Yasamal rayonunda yaşayış binalarından birinin sakinləri "Niva" markalı avtomobilin üzərinə zibil atıblar. 

Unikal.org xəbər verir ki, buna səbəb həmin avtomobilin düzgün yerdən saxlanılmamasıdır. Belə ki, “Niva” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini zibil konteynerlərinin yanında park edib.

Buna etiraz edən şəxslər isə məişət tullantılarını maşının üzərinə atıblar. Həmin fotolar sosial şəbəkədə paylaşılıb.