Bu gün Şamaxı-İsmayıllı yolunda otla dolu yük maşını yanıb.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə İsmayıllı rayonunun Bizlan kəndiyerinə  baş verib. Hadisəyə yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür.

***

Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb.    

Elvin Rüstəmov