Gədəbəy rayonu ərazisində zəlzələ olub.

Bu barədə Unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 16:08-da Gədəbəy stansiyasından 42 km cənubda Gədəbəy ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 9 km olan yeraltı təkan hiss olunmayıb.