Şəkidə baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Vərəzət kəndində baş verib. 

Şəki sakini Şirxan Mikayılovun idarə etdiyi "Hyundai Sonata" markalı minik avtomobili ilə Elçin Məmmədovun sükanı arxasında olduğu "QAZel" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 19 yaşlı Həsən Əhmədov ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qəza zamanı daha 4 nəfər xəsarət alıb və onların hər birinə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.