Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.