Ceyranbatan su anbarının yaxınlığında yanğın söndürülüb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın FHN-nin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.

15:32

xxx

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə Unikal.org-a FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.