Oğuzda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun  Oğuz rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ-21015" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-21011"in sürücüsü və digər maşında olan 2 sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan "Jiquli"nin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.