Rusiyanın Volqoqrad şəhərində 12 iyun “Rusiya Günü” münasibətilə keçirilən tədbir zamanı azərbaycanlı tələbə qətlə yetirilib. 

Unikal.org “Bloknot Volqoqrada” saytına istinadən xəbər verir ki, öldürülən gəncin 17 yaşlı Timur Qavrilov olduğunu açıqlanıb .

Gecə tədbirdən sonları dostları ilə universitet yataqxanasına qayıdan gəncə naməlum şəxs 20-yə qədər bıçaq zərbəsi endirib.

“Timur tamamilə ev uşağı idi, heç kəslə konflikti yox idi. Volqoqradda oxumaq üçün o, Bakıda ciddi müsabiqədən keçmişdi”-deyə mərhumun yaxını Aleksey Neboqatov deyib. Onun fikrincə, Timurun qafqazlı görünüşü hücum üçün səbəb ola bilərdi.
Timir Qavrilovu anasının təkbaşına böyütdüyü və koronavirus pandemiyasına görə, övladının cəsədini Volqoqraddan götürə bilmədiyi xəbər verilir.
Qətllə bağlı slavyan görünüşlü 175-180 sm hündürlüyündə şübhəli şəxs axtarılır.