Gəncə şəhərində yerli sakin özünə bıçaq xəsarəti yetirib.

Unikal.org xəbər verir ki, şəhər sakini, 24 yaşlı Nail Əliyev bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, dəqiq məlum olmasa da yaxınlarının bildirdiyinə görə, o, ailədaxili mübahisə zəminində əsəblərinə hakim ola bilmədiyindən özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır. (Report)