Bakının Pirallahı rayonunda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Əli Fərhad oğlu Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org Demokrat.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Pirallahı rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Qapalı keçirilməsi nəzərdə tutulan cinayət işinin araşdırılması iyunnun 19-na təyin olunub. İttihama görə, Əli Əliyev Pirallahı qəsəbəsində 15 yaşşlı qızla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.