Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, əməliyyat zamanı iyunun 14-də “Peugeot” markalı avtomobildən pul, skeyt və videoqeydiyyat cihazı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Əlimərdanov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun daha üç avtomobildən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.