Türkiyəli məşhur müğənni Yıldız Tilbe, sosial şəbəkə hesabından evləndiyini söyləyərək hər kəsi təəccübləndirib.

Unikal.org xəbər verir ki,  sosial media hesabından maraqlı yazıları ilə gündəmdə olan Yıldız Tilbe,  bu dəfə  “Twitter” dan “Evləndim” başlıqlı şərhini paylaşıb. Qısa müddətdə gündəm yaradan  Tilbe, bir pişiyə sahibi olduğu üçün bu cür paylaşım etdiyini bildirib.

Belə ki, Yıldız Tilbe, “Evləndim, həyat yoldaşım bütün vaxtımı alır. Yeməyi sevmir, hər yerdə də yatmır” deyə pişiyi haqqında  paylaşım edib.