2011-ci ildə "Kolumbiya gözəli" 2012-ci ildə isə "Kainat gözəli" seçilən, BMT-nın xoşməramlı səfiri olan Daniella Alvarezin ayağı kəsilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanaya qarın nahiyəsində meydana gələn şişdən azad olmaq üçün gələn gözəllik kraliçası, sol ayağını dizdən aşağı itirib.

Belə ki, 32 yaşlı modelin əməliyyat zamanı sol ayağına gedən damarları tıxanıb. Həkimlər əməliyyat masasında olan xəstənin vəziyyətinin ağırlaşdığını və sol ayağının qanqrena olacağını görərək, xəstənin yaşaması üçün ayağını amputasiya etmək məcburiyyətində qalıblar.

Əməliyyatdan sonra özünə gələn məşhur model və aparıcı D.Alvarez hər kəsə göz yaşları içində təşəkkür edib. Bundan sonrakı həyatının daha çətin olacağını deyən gözəl model, yaşadığı və nəfəs aldığı üçün xoşbəxt olduğunu bildirib.

Daniella Alvarez sol ayağını itirsə də, həyata daha sıx tellərlə sarılacağını və gördüyü işləri mümkün qədər yarımçıq saxlamayacağını vurğulayıb.