Cari ilin yanvar-may aylarında Azərbaycana 241 milyon 332 min ABŞ dolları dəyərində 19 min 678 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 71-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 18 min 425-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1114-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 68-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.